ŞKTC-də liseylərdən birində 'hicab qadağası' on minlərlə insanı küçələrə çıxarıb
Şimali Kipr Türk Cumhuriyyətində (ŞKTC) liseylərdən birində 'hicab qadağası' on minlərlə insanı küçələrə çıxarıb. Müəllimlərin rəhbərlik etdiyi bir çox həmkarlar ittifaqı, qeyri-hökumət təşkilatları və siyasi partiyalar “Keçid yoxdur” şüarı ilə etiraz ediblər.
Liseylərdə hicab bağlamağa icazə verilsə də, bunu liseylərin daxili işləri olaraq forma və qaydalarını onların özlərinə həvalə ediblər. Yəqi liseylərdə hicab qadağan deyil, lakin onun hansı üslubda örtünməsi lisey rəhbərliyinin ixtiyarındadır.