08 April 2025

İslam əleyhdarı Pegida sədri Hollandiyada Quranı yandırıb

Almaniyanın İslam əleyhinə Pegida hərəkatının Hollandiya bölməsinin rəhbəri Edvin Vaqensveld Amsterdam şəhər meriyası qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

Hollandiyanın paytaxtı Amsterdamda Qurana qarşı islamofob və irqçi hücum həyata keçirilib.

Almaniyada anti-islamizmi ilə tanınan Pegida hərəkatının Hollandiya bölməsinin rəhbəri Edvin Vaqensveld Amsterdam meriyasının qarşısında Quranı yandırıb.

Hizbullah İraq müqavmətinin tərksilah iddialarını rədd edir

İraqdakı Hizbullah Briqadaları Reuters agentliyinin "İraq müqavimət qruplarının tərksilah etməyə hazırlaşır" xəbərini qəti şəkildə təkzib edib.

Əl-Mayadeen-in məlumatına görə, Hizbullah Briqadaları bəyanat yayaraq, bazar ertəsi Reuters agentliyinin adı açıqlanmayan komandirə istinadən yaydığı xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

"Rəsmi açıqlamalar yalnız hərəkatın sözçüsü vasitəsilə verilir. Bu cür dezinformasiyalara etibar etmək olmaz" bəyanatda deyilir.

Çin Trampın tariflərinə cavab verdi: "Sona qədər mübarizə aparacağıq"

ABŞ prezidenti Trampın əlavə rüsumlarının ardınca Pekin "ABŞ tərəfi yanlış yola getməkdə qərarlı olsa, Çin sona qədər mübarizə aparacaq" deyib.

Çinin Ticarət Nazirliyi ABŞ prezidenti Donald Trampın Çin idxalına əlavə rüsumlar tətbiq edəcəyi ilə hədələməsindən sonra Vaşinqtona cavab ticarət məhdudiyyətləri spiralına girməməsi barədə xəbərdarlıq edib.

Azərbaycan gündəliyi - Yalçın İmanov yazır

Kitablarımı sahmana salırdım, təsadüfən Etibar Məmmədovun rəngi solmuş “Lefortovo gündəliyi” qarşıma çıxdı.

Yeri gəlmişkən, kitabların sahmana salınması böhran illərinin ritualıdır, orda axmaq zamanı yola vermək istəyi, əlaməti gizlənir, amma indi söhbətin mövzusu bu deyil.

İstədim Məmmədovun kitabçasını da atım getsin, sanki nəsə saxladı məni.

Türkiyədə Fələstinə dəstək yürüşləri keçirilib

HƏMAS-ın çağırışı ilə çoxlu QHT üzvü və minlərlə fələstinli könüllü Türkiyənin müxtəlif nöqtələrində bir araya gələrək Qəzza xalqına dəstək və sionistləri qınayıblar.

İslam Həmrəyliyi Platformasının çağırışı ilə İstanbul Beşiktaş Barbaros Hayrettin Paşa Məscidində günorta namazına toplaşan minlərlə insan təkbir və şüarlar səsləndirərək oradan işğal rejiminin konsulluğunun yerləşdiyi meydana doğru yürüş edib.

Ayətullah Ərafi: İslam dövlətləri sionist təcavüzü ilə “birlik” və “praktiki fəaliyyət”lə qarşı-qarşıya gəlməlidirlər

İslam dünyasının Ramazan bayramını qeyd etməli olduğu günlərdə biz bir daha qanlı və kədərli bir ürəklə sionist işğalçı rejimin məzlum Fələstin xalqına, xüsusən də Qəzzaya qarşı vəhşi cinayətlərinin şahidi oluruq.

Elm Hövzələrinin Direktoru: “İndi müsəlman ölkələrində bütün oyanmış vicdanların öz əzmində sabit olmaları və sionist rejimi qınamaq və alçaltmaq üçün hər cür səy göstərmələrinin vaxtıdır” deyib.

Ənsarullah Qırmızı dənizdə ABŞ hərbi gəmilərini yenə hədəfə aldı

Məlumatı Yəmənin müdafiə nazirliyinin mətbuat katibi Yəhya Səri açıqlayıb

Yəməndəki Ənsarullah (Husilər) hərəkatı, Qırmızı dənizdə ABŞ-a məxsus iki hərbi gəmini raket və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını açıqlayıb.

Hərəkatın silahlı qanadının sözçüsü və faktiki müdafiə nazirliyinin mətbuat katibi Yəhya Səri bildirib ki, hücumlar zamanı hədəf ABŞ-a məxsus iki esmines olub.

Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı

10 il həbs cəzası alan ictimai fəal Bəxtiyar Hacıyev barəsində bu hökmdən verilən apellyasiya şikayəti üzrə yekun məhkəmə prosesi keçirilib.

Bu gün, aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanıb.

İsrail Türkiyəyə görə Suriyanı zonalara bölməyi təklif edir

İsrail türkiyəli hərbçilərin Colan təpələri yaxınlığında yerləşdirilməsinə yol verməyəcək. İsrailin "Ynet" portalının məlumatına görə, Türkiyənin regiondakı mövcudluğu bazar ertəsi Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Trampın görüşündə müzakirə olunmalı idi.