07 April 2025

Trampın Çini 50 faizlik əlavə rüsum tətbiq edəcəyi ilə hədələdi

ABŞ prezidenti Donald Tramp Çinlə bağlı əlavə vergi gündəmi ilə bağlı yeni açıqlama verib. Tramp bildirib ki, Çin 34 faizlik vergi artımını geri götürməsə, ölkəyə əlavə 50 faiz vergi tətbiq edəcək.

Trump, Truth Social sosial media hesabındakı paylaşımı ilə ABŞ-a cavab verən hər bir ölkənin dərhal daha yüksək tariflərlə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Almaniya ABŞ-dan 1200 ton qızıl ehtiyatını geri çəkməyi planlaşdırır

Almaniya ABŞ-dakı 113 milyard avroluq qızıl ehtiyatını geri çəkmə imkanını müzakirə edir. Donald Trampın aqressiv ticarət siyasəti Berlinə inamın itməsinə səbəb olub. Almaniyada hakimiyyətə gələn CDU/CSU deputatları ehtiyatın Avropaya köçürülməsinin lazım olduğunu müdafiə edirlər.

Almaniyada çıxan “Bild” qəzetinin xəbərinə görə, Vaşinqtonun iqtisadi etibarına dair artan şübhələr Almaniyanı xaricdəki hesablarını yenidən nəzərdən keçirməyə vadar edib.

İraqda bəzi silahlı qruplar silahı yerə qoymağa razılaşıb

Ölkənin ən güclü silahlı qruplarından bəziləri ABŞ prezidenti Donald Trampın hərbi müdaxilə hədəsi səbəbindən ilk dəfə olaraq silahlarını yerə qoymağa hazır olduqlarını bildiriblər.

Yanvar ayında vəzifəyə gəldikdən sonra Tramp administrasiyası Bağdad hökumətini bu qrupları dağıtmaqla hədələyib. ABŞ rəsmiləri bildiriblər ki, Bağdad hərəkətə keçməsə, qrupları hava hücumları ilə hədəfə alacaqlar.

Livanın müftisi ABŞ və İsrailin separatçı planlarına qarşı xəbərdarlıq edib

ABŞ-ın Qərbi Asiya məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqusun Beyruta səfəri zamanı Livanın baş müftisi Şeyx Əhməd Kəbalan ona ölkənin milli suverenliyinin qorunmasının vacibliyini vurğulayıb.

"Bu məsləhət milli məsuliyyətdən irəli gəlir. Livan bizim hamımızın ölkəsidir və beynəlxalq təhlükələr onu vulkan kimi hər tərəfdən əhatə edir" deyə o, bildirib.

"Yuventus" səfərdə "Roma" ilə heç-heçə edib

İtaliya A Seriyasında XXXI turun görüşləri davam edir.

Günün son matçında "Yuventus" səfərdə "Roma" ilə üz-üzə gəlib.

"Qoca sinyora" qarşılaşmada kritik xal itkisi ilə üzləşib. Gərgin keçən oyunda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmada həmçinin Türkiyə millisinin iki üzvü Mert Zeki Çelik və Kenan Yıldız iştirak ediblər.