06 April 2025

Husilər yenə ABŞ hərbi gəmisinə zərbə endirdi

Yəmənin dəniz qüvvələri ABŞ-a məxsus “USS Truman” təyyarədaşıyan gəmisinə dəstək verən hərbi gəmilərdən birini ballistik raketlə hədəfə alıb.

Bu barədə Yəmən Silahlı Qüvvələrinin (“Ənsarullah” hərəkatı, husilər) sözçüsü Yəhya Səri bəyan edib.

Qeyd olunub ki, Yəmən dəniz qüvvələri Şimali Qırmızı dənizdə artıq dörd həftədir ABŞ-ın təcavüzünə qarşı aktiv mübarizə aparır.

İran bu ölkələrə xəbərdarlıq göndərdi

İranın Ali dini lideri Ayətullah Əli Xamenei İran silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

Bu barədə "Röyters" məlumat yayıb. İran rəsmisisinin sözlərinə görə, ölkə İraq, Küveyt, BƏƏ, Qətər, Türkiyə və Bəhreynə ABŞ-nin mümkün hücumuna dəstəyin düşmənçilik hərəkəti sayılacağına dair bildirişlər göndərib. Bura onların ərazisindən hücumlar üçün istifadə daxildir.

Özgür Özəl yenidən CHP sədri seçilib

Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayında sədr postuna seçkilər bitib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna namizəd olacağını açıqlayan sabiq millət vəkili Berhan Şimşek qurultay nümayəndələrindən topladığı imzaları gec təqdim etdiyi üçün namizəd olmayıb.

Bundan əvvəl Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal namizədliyini geri götürüb.

"Fənərbaxça" öz meydanında "Trabzonspor"u 4:1 məğlub edib

Türkiyə Super Liqasında XXX turun görüşləri davam edir.

Turun mərkəzi matçı İstanbulda baş tutub.

"Fənərbaxça" öz meydanında "Trabzonspor"u qəbul edib.

Qara dəniz təmsilçisi ilk hissəni qalib başa vursa da, "sarı-lacivərdlilər" Anderson Talişkanın het-triki və Milan şkriniarın vurduğu qolla matçdan 4:1 hesablı qələbə ilə ayrılmağı bacarıblar.

Trampın qlobal tariflərindən sonra Avropa və ABŞ birjaları ucuzlaşmağa davam edir

Trampın ABŞ-ın 180-dən çox ölkə və regiondan idxal etdiyi məhsullara 10 faizdən 50 faizə qədər tariflər tətbiq edəcəyini açıqlamasından sonra qlobal bazarlarda kəskin enişlər davam edir.

Çinin ABŞ prezidenti Donald Trampın ticarət müharibəsini gücləndirən tarifləri kütləvi artımına cavab verməsindən sonra dünya üzrə fond bazarları cümə günü daha da ucuzlaşıb. Çinin ABŞ-ın tariflərinə reaksiyası dünya bazarlarında itkiləri sürətləndirib.

Mömin özü üçün nə diləsə, mömin qardaşları üçün də onu diləyir

Mərhum Ağa Müctəba Tehrani çıxışlarının birində deyib: İman və möminlər mövzusunda əsas təlimlərimizdə bir məsələ var ki, o da budur-Mömin özü üçün istədiyini din qardaşları üçün də dilədiyi zaman imanın kamilliyinə çatar. Bəzi rəvayətlərdə buna imanın kamilliyi, bəzilərində isə ən gözəl iman deyilir.

Bu mövzuda Hz. Peyğəmbərdən (s) belə bir rəvayət var ki, bu rəvayətdə Hz. Peyğəmbər (s) buyurur:

Həmas: Qəzzada 19 min fələstinli uşaq şəhid olub

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) 5 aprel “Beynəlxalq Fələstinli Uşaqları Günü”, uşaqların həyatlarının qorunmasına və İsrail rejim başçılarının mühakimə olunmasına çağırıb.

HƏMAS bununla bağlı yaydığı bəyanatında bildirib: “Sionist rejimin fələstinli uşaqlara qarşı cinayətləri zaman keçdikcə dayanmayıb və biz bu rejimin başçılarının mühakimə olunmasını tələb edirik.”

La Liqa: “Barselona” “Betis”lə heç-heçə edib

İspaniya La Liqasında XXX turun görüşləri davam edir.

"Barselona" öz meydanında "Real Betis"i sınağa çəkib.

Qarşılıqlı qollar şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, kataloniyalılar xallarının sayını 67-yə çatdıraraq, ən yaxın izləyicisi "Real Madrid"lə xal fərqini 4-ə yüksəldib.

İmtina haqqı

İnsan həyatı boyunca sonsuz seçimlər qarşısında qalır.

Bəzən bu seçimlər gündəlik, kiçik məsələlərlə bağlı olur, bəzən isə insanın şəxsiyyətini, dəyərlərini və həyat fəlsəfəsini müəyyən edən qərarlar qəbul etməyə məcbur edir.

Ən çətin seçimlərdən biri isə haqsızlıq və ədalətsizlik qarşısında susmaq və ya etiraz etmək qərarının qəbul edilməsidir.

11 saylı cəzaçəkmə müəsisəsindən Cahad Babakişizadə də aclıq aksiyasına qoşuldu

Polis işçiləri tərəfindən törədilən özbaşınalığa, vətəndaşın ailəsi ilə nalayiq davranışına, hicablı xanımın məcburi maşına mindirilib aparılmasına kəskin etiraz edir, bu həyasızlığa qarşı aclıq etməklə bunu edənlərin biabırçı zalımlığını elan edirem. Əziz əhalimizi də dəyərli insanlarımıza, mərd oğullarımıza ismətli xanımlarımıza yönələn çirkin fikirlərə, kobud haqsızlıqlara etinasız qalmamaga çağırıram.

 

 

Cahad Babakişizadə