05 April 2025
Aprelin 4-də Londonun ICE birjasının ticarət məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 7.4 faiz düşərək bir barel üçün 64.74 dollar olub. Sonuncu dəfə "qara qızıl" 65 dollardan aşağı 2021-ci ilin avqustunda satılmışdı.
Uca Allah qadını zərif məxluq olaraq yaratdı, onlara toxunmaq olmaz!
Son zamanlar Azərbaycan hakimiyyəti tərəfindən inanclı xanımların polis bölmələrinə çağırılması kəskin etirazlara səbəb olub. Şərlənərək həbs edilən qeyrətli qardaşlar bu özbaşınalığa qarşı etiraz əlaməti olaraq aclıq aksiyalarına başlayıb. Burada qeyd etmək lazımdır ki, xanımlarımız təkcə onların namusu və qeyrəti deyil, hamımızın qeyrət məsələsidir. Xanımlarımız bizim Qırmızı Xəttimizdir. Özünüzü yığışdırın və bu özbaşınalığa son qoyun! Əks halda nəticələrinin məsuliyyəti öz üzərinizə olacaq.
Bundesliqa: Lider 3 xalı 3 qolla qazanıb
Almaniya Bundesliqasında XXVIII tura start verilib.
Lider "Bavariya" səfərdə "Auqsburq"la üz-üzə gəlib.
4 qolun vurulduğu matçda qələbəyə sevinən tərəf qonaqlar olub. Görüş "Bavariya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Almaniya Bundesliqası
XXVIII tur
22:30. “Auqsburq” - “Bavariya” - 1:3
Husilər Təl-Əviv yaxınlığında yerləşən hərbi hədəfə zərbə endirib
Yəmən husiləri Təl-Əviv bölgəsində İsrailə məxsus hərbi hədəfə PUA ilə zərbə endirib.
Bu barədə “Al Masirah” məlumat yayıb.
“Dronlar işğal altındakı Yaffa bölgəsində İsrailə məxsus hərbi hədəfi məhv etmək üçün əməliyyat keçirib”, - məlumatda deyilir.
İsrailin hücumları nəticəsində Qəzzada azı 38 fələstinli həlak olub
Cümə günü axşam saatlarından etibarən İsrail Ordusunun Qəzza sektoruna endirdiyi hava zərbələri və artilleriya atəşləri nəticəsində azı 38 fələstinli həyatını itirib.
İstintaq təcridxanasından aclıq aksiyasına daha bir inanclı qoşuldu
Onlarla məhbusun qoşulduğu aclıq aksiyasına 1 saylı İstintaq Təcridxanasından daha bir inanclı da qoşulub. Bu barədə Yusif Mirzəyev özü ailəsi ilə telefon əlaqəsi saxlayaraq məlumat verib.
İmamətin isbatı 2-ci dərs. İlahiyyatçı Famil Nuri - VİDEO
2 saylı cəzaçəkmə müəsisəsindən Mirtofiq Hüseynov da aclıq aksiyasına qoşuldu
Polisin inanclı xanıma qarşı zorakı davranışına etiraz edərək aclıq aksiyasi keçirənlərin sayı artmaqda davam edir. Bu sıraya 2 saylı cəzaçəkmə müəsisəsində cəza çəkən Mirtofiq Hüseynov da qoşulub. Bu gün (4 aprel) o, rəsmən müəsisə rəhbərliyinə aclıq aksiyasına başlaması ilə bağlı müraciət edib.