Bu gün 3 MBH üzvnün məhkəməsi keçirilib

Ağır reperesiyalar mühitinin baş verdiyi həbs dalğası öz günahsız qurbanlarını məhkəmə önünə çıxarmaqda davam edir. Bu sırada yer alan 3 Müsəlman Birliyi Hərəkatının üzvü bu gün məhkəmə önünə çıxarılıb.

 

Abbas Hüseyn

  Bakı Apellyasiya Məhkəməsində Abbas Hüseynin şikayəti əsasında məhkəmə son iclasını keçirib. İlqar Murquzovun sədrliyi ilə baş tutan məhkəmədə Abbas Hüseynin 1 illik Qobustana göndərilmə qərarından verilən şikayətə baxılıb. Hakim Abbas Hüseynin iddialarını əsassız hesab edərək qərarı qüvvədə saxlayıb.

 

Azad Kərimov

MBH üzvü Azad Kərimovun da bu gün Nəsimi rayon məhkəməsində həbs müddəti uzadılması ilə bağlı iclası baş tutub. Hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə həbs müddətinin 2 ay da artırılma qərarını təsdiqləyib. Hakim bunu Azadın evində aparılan axtarış zamanı evdən götürülən dini əşyalarla əlaqələndirib. Belə ki, əşyalarla bağlı ekspertiza araşdırması işin növbəti iki ay müddətinə uzadılmasına səbəb olub. Həbs müddəti 31 iyula qədər uzadılıb.

 

Tural Vəliyev

Bakı Apellyasiya Məhkəməsində baş tutan ikinci məhkəmə Tural Vəliyevin ev dustaqlığından verdiyi  apellyasiya şikayəti ilə bağlı olub. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçən məhkəmədə Tural Vəliyevin  vəsadəti təmin edilməyib.