Azərbaycan hakimiyyəti İranın Bakıdakı Mədəniyyət nümayəndəliyini bağlayıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Tehran İranın Bakıdakı Mədəniyyət nümayəndəliyinin bağlanması barədə Azərbaycan hakimiyyətinin qərarına təmkinlə reaksiya verib.

"İran öz qonşuları ilə münasibətlərdə həmişə xoş niyyətdə olub və iki ölkə arasındakı problemləri dialoq yolu ilə, məntiqsiz, emosional və gərginliyi artıran hərəkətlərdən çəkinməklə həll etmək istəyib", - İran Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsinin İRNA agentliyində dərc olunmuş şərhində deyilir.

İran Bakının hərəkətlərini "birtərəfli və tələsik" hesab edir və gümün edir ki,  bütün məsələləri "dialoq" yolu ilə həll etmək olardı.

Rəsmi Bakı bununla bağlı hələlik bəyanat verməyib.

Son aylar Azərbaycanda İrana casusluq ittihamı ilə yüzə yaxın adam saxlanılıb. Sonradan onlara qarşı narkotik maddəylə bağlı ittihamlar irəli sürülüb.