Azərbaycan İslam Partiyasının sədri ilahiyyatçı Hacı Mövsüm Səmədov Qəzzə qətliamından danışıb. Sosial media üzərindən paylaşım edən partiya sədri İsrailin Qəzzədə törətdiyi amansız qətillərini soyqırım adlandırıb. O, Azərbaycan xalqına müraciət edərək sionizm vandallığına laqeyd qalmadan bu qətillərin dayandırılması üçün hər kəsin haqq səsini ucaltmağı onlardan istəyib.
“Azərbaycanda yanlış olaraq İsraili Azərbaycanın dostu olaraq təqdim etməyə çalışan media xalqın beynində şübhəli fikirlər yaratmağa çalışır. Güya 44 günlük müharibə İsrailin yardımı olaraq qələbəyə çatıb. Bu fikir kökündən yanlışdır. 44 günlük müharibə və qələbəmiz Azərbaycan xalqının, bütünlükdə bu millətin ortaya qoyduğu iradəsinin nəticəsi idi. O, heç bir kənar qüvvənin müdaxiləsi ilə baş verməyib. İsraildən alınan silahlara gəlincə isə, biz məyər silah aldığımız hər bir dövləti özümüzə dostmu hesab etməliyik? Pulumuzu vermişik, silahımızı almışıq. Bunun dosluqla nə kimi əlaqələri ola bilər ki?
Bizim İsraildən aldığımız bir çox silahları müharibə zamanı istifadə edə bilmədiyimiz niyə söylənilmir, kodlaşdırılmış silahlar müharibə zamanı istifadə oluna bilmədi. Bundan əlavə, unutmayaq ki, Erməni soyqırımına küçə də məhz İsraildə yerləşir” deyə ilahiyyatçı əlavə edib.
Sözünün sonunda o, Azərbaycan xalqınnın işğaldan əziyyət çəkən bir xalq olduğunu bildirərək Fələstin xalqına dəstəyini təbii hesab edib.
AİP sədri Mövsüm Səmədov Qəzzə qətliamını pisləyib