Abbasdan əməliyyat zamanı sağ qalmasının qisasını alırlar.

Dünən Bakı Bakı Apellyasiya Məhkəməsində Nardaran məhbusu, Müsəlman Birliyi Hərəkatının rəhbərlərindən olan Abbas Hüseynin məhkəmə araşdırmasında işdirak etdim. Məhkəmə araşdırması deyəndə “möhtərəm” hakim İlqar Murquzov elə bir araşdırma aprmadı. Sadəcə olaraq rayon məhkəməsinin hüquqa qanunsuz hökmünü qüvvədə saxladı.

Söhbət Abbas Hüseynin 1 saylı cəzaçəkmə müəssisəsindən (həbs müddətində o Bakı şəhərindəki cəzaçəkmə müəssisələrinin demək olar ki, çoxunda olub) Qobustandakı qapalı tipli müəssisəyə göndərilməsindən gedir. O müəssisədən ki, orada bir müddət əvvəl Abbası 42 dərəcə istidə müəssisənin həyətindəki dəmir dirəyə zəncirləmişdilər. Avropa İnsan Haqları Məhkəməsi 2023-cü ilin yanvarında həmin cəzəçəkmə müəssisəsində Abbas Hüseynə işgəncə verildiyin təsdiq etmişdi və buna görə hökumət ona cərimə ödəmlədir. Amma cərimə ödənmir. Deməli 1 saylı müəssisəsə Abbasın adından etibarnamə verməlidir ki, ona ödəniləcək kompensasiya yaxın bir adamının adına açılan bank hesabına ödənilə bilər. 1 saylı müəssisə qanunla müəyyən edilmiş həmin etibarnamə vermir, əvəzində Abbaş Hüseynin qapalı müəssisəyə köçürülməsi barədə məhkəməyə təqdimat verir.

Vəkil Fəxrəddin Mehdiyev məhkəmə qarşısında vəsatət qaldırır ki, bu Qobustan müəssisəsində Abbas Hüseynova qarşı qanunsuzluğa yol verilib, ona işgəncə verilib və bu işgəncə faktı Avropa İnsan Haqları Məhkəməsi tərəfindən tanınıb, hakim Murğuzov deyir ki, bu işin o işə dəxli yoxdur. Təəssüflər olsun ki, Azərbaycanda Məhkəmə də, prokurorluq da, DİN-də və hətta din də konstitusyon nəzarətdən çıxıb ailə hakimiyyətini qoruyan bir cəza aparatına çevrilib. Məhkəmələr adalət simvolu olmaqdan çıxaraq rejimin əlində öz əleyhdarlarına qarşı cəza aparatına çevrilib.

Mən vaxtıyla Nardaran məhbuslarının məhkəmə prosesində axıra qədər iştirak etmişəm. Abbas Hüseyn təsadüfən sağ qalmışdı. Əgər xatırlayırsınızsa keçmiş DİN naziri Ramil Usubov İlham Əliyevin birbaşa tapşırığı keçirilən Nardaran əməliyyatı zamanı ölənlərin sayın 6 nəfər yox, 7 nəfər göstərmişdi. Bu 7-ci adam Abbas Hüseyn idi. İndi Abbasdan əməliyyat zamanı sağ qalmasının qisasını alırlar. Abbas çox doğru-dürüst, vətənpərvər və imanlı bir gəncdir. Əsas “günahı” haqszlığa qarşı etirsaz etməsidir. Onun kimi yüzlərlə vətənpərvər gənclər saxta ittihamlarla Əliyevin həbsxanalarında amansız işgəncələrə məruz qalırlar.

 

Turan