09 May 2024

Hacı Tale Bağırzadənin durumu hələ də təhlükə altındadır

Ötən gün su problemi ilə bağlı Tale Bağırzadənin etirazı səbəbindən yaradılan insident hələ də həllini tapmayıb. Penitensiar Xidmətin qaynar xəttinə edilən şikayət isə bu narahatlığın haqlı olaraq baş verməsini bir daha təsdiqləyir. 12 saylı müəssisədə fiziki zor yaşadılaraq döyülən, burunu belə sındırılan şəxslərin vəziyyəti ilə bağlı müraciətə Ədliyyə orqaninin cavabı özünəməxsus olub. 

İrlandiya və İspaniya mayın 21-də Fələstin dövlətini tanıya bilər

İrlandiya və İspaniya mayın 21-də Fələstin dövlətini tanıya bilər.

Operativtv.com Report-a istinadən xəbər verir ki, İrlandiya, İspaniya və bir sıra digər Avropa İttifaqına üzv dövlətlər mayın 21-də Fələstin dövlətinin tanınması məsələsini nəzərdən keçirəcəklər.

Məlumatda bildirilir ki, ölkələr mayın 10-da fələstinlilərin BMT-nin tamhüquqlu üzvü olmaq hüququ qazanan şəxslər kimi tanınmasına əsas verəcək BMT Baş Assambleyasıda səsverməni gözləyirlər.

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpa edilməsi üçün şərtlərini açıqlayıb.

Bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat “X” hesabında yazıb.

O bildirib ki, bunun üçün İsrail Qəzzaya hücumlarını dayandırmalı, atəşkəs bərpa olunmalı və bölgədəki fələstinlilərə humanitar yardımların çatdırılmasına şərait yaradılmalıdır.

“Real Madrid” geri dönüş edərək finala yüksəldi

UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”lə qarşılaşıb. Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 68-ci dəqiqədə qonaqların heyətində Alfonso Deyvis açıb. Lakin Madrid təmsilçisi 88-ci və 90+1-ci dəqiqədə Xoselunun vurduğu qollarla geri dönüş edərək qalib gəlib.

Məhkəmə "Abzas Media" işi üzrə üç müttəhimi həbsdə saxlayıb

Mayın 9-da Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, bu nəşrin baş redaktoru Sevinc Vaqifqızı və onlayn Meclis.info platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə ayrıca baxılıb. Prosesə Fuad Axundov sədrlik edib.

Məhkəmə vəsatətləri təmin etməyərək jurnalistləri həbsdə saxlayıb.

Putin və Paşinyan Rusiya hərbçilərinin "Zvarnots" aeroportu ilə bərabər Azərbaycanla sərhəddəki məntəqələri tərk etməsini razılaşdırıblar

Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında və Azərbaycanla sərhəddəki məntəqlərdə fəaliyyətinin dayandırılması ilə bağlı razılaşmanın əldə olunması xəbəri təsdiqlənib.

Bu barədə Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan "Facebook" hesabında bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü: Üç gəmini hədəf aldıq

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri Hind okeanı və Ədən körfəzində sionist rejimin və bu rejimə aid olan üç gəmiyə hücum etdiyini bildirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Yəhya Səri Yəmənin donanması və PUA və raket birləşmələrinin Ədən körfəzi və Hind okeanında sionist rejimin üç gəmisinə qarşı həyata keçirdiyi birgə əməliyyatı açıqlayıb.

İsrail rejimi Rəfaha 100-ə yaxın hava hücumu həyata keçirib

İsrail Qəzzada törətdiyi dağıntılardan sonra Rəfah şəhərinə üz tutub. Rəfahda hücumlar həyata keçirən işğalçı İsrail qüvvələri günahsız fələstinliləri bombalamağa davam edir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, sionist İsrail rejimi ötən bazar ertəsi günündən etibarən Rəfahda təxminən 100 nöqtəyə hava hücumu təşkil etdiyini açıqlayıb və əməliyyatın fotolarını dərc edib. HƏMAS, İslami Cihad və Fəth bir-birinin ardınca bəyanatlar verib.

Çempionlar Liqası: “Real Madrid” “Bavariya”nı məğlub edərək finala yüksəlib

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsində sonuncu cavab qarşılaşması baş tutub.

İspaniyanın “Real Madrid” komandası Almaniya nəhəngi “Bavariya”nı qəbul edib.

Gərgin keçən qarşılaşmada kral klubu rəqibini 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Fəlakətin astanasındayıq...

Deyək ki, bir çoxları siyasətə qarışmamaqda düz edirlər. Nəylərinə gərəkdir ağrımayan başlarını ağrıtsınlar? Nəylərinə lazımdır ölkədə haqq, hüquq, azadlıq, demokratiya davası aparsınlar? Buna görə təzyiqlərə məruz qalsınlar, işlərini itirsinlər, polisə çağrılıb təhdid edilsinlər.