ABŞ-dan Fələstinə dəstək verən universitet tələbələrinə təhdid

ABŞ-da 13 hakim İsrail əleyhinə etirazların davam etdiyi Kolumbiya Universitetini bitirən tələbələri işə götürməməklə hədələyib.

13 hakim Kolumbiya Universitetinin prezidenti Nemət Şafikə və Hüquq fakültəsinin dekanı Gillian Lesterə məktub göndərib.

Məktubda universitetin Nyu-York şəhərciyi “təəssübkeşliyin inkubatoru” kimi təsvir edilib. Hakimlər universitetin hüquq fakültəsini bitirmiş tələbələri işə götürməyəcəklərini açıqlayıblar. Bildirilib ki, universitetdə ali təhsilə olan inam itib.

Hakimlər vurğulayıblar ki, universitetin reputasiyasını bərpa etmək üçün aksiyalarda iştirak edən tələbə və fakültə üzvlərinə qarşı sərt sanksiyalar tətbiq edilməlidir.

Məktubu göndərən 13 nəfərin ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən təyin edildiyi öyrənilib.

 

 

Az.rasthaber.com