Yəməndə hava zərbələri nəticəsində Əl-Qaidə liderlərindən biri öldürülüb

Yəmənin Mərib əyalətində Əl-Qaidə liderlərindən biri qardaşı ilə birgə öldürülüb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Mərib əyalətində yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, ötən gecə ABŞ Ordusuna məxsus olduğu ehtimal edilən hərbi pilotsuz təyyarələr Mərib əyalətinin Vadi-Ubeydə rayonu ərazisində bir minik avtomobilinə hava zərbələri endiriblər.

Bu hava zərbələrində Əl-Qaidənin Yəmən üzrə liderlərindən olan Hassan əl-Hədrami qardaşı ilə birgə ölüb.

Məlumata görə, əl-Hədrami təşkilatın Yəmən qanadında partlayıcı maddə və qurğular üzrə ən peşəkar şəxs olub.