Türkiyə bir il ərzində qaz qovşağını işə salmaq istəyir

Türkiyə Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsini bir il ərzində işə salmağı planlaşdırır.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

"Şərqi və cənub-şərqi Avropada qaz ticarəti mərkəzləri yoxdur. Bizim təmasda olduğumuz region ölkələri də bu qaz mərkəzi layihəsini dəstəkləyir. İnşallah, 1 il ərzində qaz mərkəzini işlədə biləcəyik", - Fatih Dönməz qeyd edib.

O əlavə edib ki, Ankara zərurət yaranarsa, Avropadakı enerji böhranının aradan qaldırılmasında vasitəçi kimi çıxış edə, həmçinin terminalları vasitəsilə regiona qaz ixrac edə bilər.