Türk Dövlətləri Təşkilatı Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarını pisləyib

Operativtv.com SHAFAQNA TURKEY-ə istinadən xəbər verir ki, Türk Dövlətləri Təşkilatı  (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, Azərbaycan Qarabağ iqtisadi rayonundakı təbii sərvətlərin Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən qanunsuz istismarından narahatdır. Ağır ekoloji təsirlərə səbəb olan beynəlxalq hüququn pozulmasını pisləyən bəyanatda deyilir: “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, Ermənistana qaçaqmalçılıq yolu ilə gətirilməsi, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisində qanunsuz mövcudluğu və minaların qoyulması Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü ilə bağlı münasibətləri pozur. Bununla da onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və tanınma əsasında normallaşma prosesinə xələl gətirir və regionda sülhün, sabitliyin təmin olunmasına ziyan verir” -  bəyanatda deyilir.

Bundan əlavə, TDT qarşı tərəfi qanunsuz əməllərə dərhal son qoymağa çağırıb və bununla bağlı Azərbaycanın bütün səylərini dəstəklədiyini bildirib.