“Turan Tovuz” “Qarabağ”la oyuna görə cərimələnib

“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”la keçirilən oyundakı neqativ hallara görə 5600 manat məbləğində cərimələnib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin iclasında Tovuz təmsilçisi analoji cəriməyə məruz qalıb.

Bunun 4000 manatı tovuzlu azarkeşlərin hakimlərə qarşı təhqiramiz ifadələr işlətməsi səbəbindən verilib. Eyni zamanda fanatlar meydançaya kənar əşyalar atdıqları üçün “Turan Tovuz”a əlavə 1600 manat cərimə kəsilib.

Bundan başqa, “Qəbələ” ilə qarşılaşmada təcili tibbi yardım stadiona gecikdiyindən, “Kəpəz” 1600 manat cərimələnib. Həmçinin, görüşdən əvvəl polis iclasa gəlmədiyi üçün gəncəlilər daha 800 manat cərimə ödəməli olacaqlar.