Təəssüf

Təəssüf ki, bəzən insanlar öz yalan əməllərinə haqq qazandırmaq üçün vasitə bildikləri forma dinin müqəddəs varlıqları olur. Günümüzdə and içərək yalan danışan o qədər çoxalıb ki, daha buna misal çəkmək belə lazım olmur. Bunun yalnız bir səbəb var, din xaric dünyada müqəddəs dəyərli olan hər bir şey həris insanın yalanına qurban olaraq sürətlə adiləşib. Dünənə qədər kişi sözü, valideynlərinin canına and içənlərin düz sözü bu gün heç natarius möhürünün altında belə etibarını qoruya bilməyib. Hamı da insan hərisliyinə qurban gedərək sürətli eniş edib. Günümüzdə müqəddəsliyi qorunan yeganə ünvan din və onun ali rəhbərləridir. Cəmiyyət birmənalı olaraq inanca hörməti və bu inancı çiyinlərində daşıyan din banislərinə ehtiramı bu adları onların varlığında keçilməz olaraq qoruyub.

İkinci təəssüflə bu gün bu dəyərlərə də qalxan həris təfəkkürlərin dindən əsla anladıqları heç bir şeyləri olmadığı halda öz əmələrinə müqəddəslik və qazancına təsir üçün istifadəsi artmaqdadır. Ağrılı olan isə ömür boyu din üçün kipriyi belə qalxıb enməyənlərin din, müqəddəslik arxasında özünə bazar qurmasıdır.

Bu səhər belə bir səhnəni, yuxusunda Qurban Məmmədovun İmam Hüseyni (ə) görməsi və İmamın da onun fəaliyyət və yaradıcılığını yaxından izlədiyi bu şəxsin sonunda əlindən tutaraq cənnətə aparması Qurban bəyin mənə Bakıda hakimiyyətə qurban gedən mülkünün dağılması kimi xarabalıq bayquşundan başqa bir şeyi xatırlatmadı. Qurban Məmmədovun kim və nə olması mənə qətiyyən maraqlı deyil. Ancaq barıtın da bir ölçüsü olmalıdır axı. Öncə sizin əməllərinizin yaxşı və ya pisliyinə qiymət verəcək kütlə yetərincə bunu dəyərləndirib. Əgər bu gəlir bu gün özünü doğrultmursa, lütfən bunun üçün başqa bir yol düşünün. İmam Hüseynə (s) nisbət verdiyiniz təxəyyülünüz hamının açıq yalan uydurmağınıza nümunədir. Hətta siz buna düz dolu geyindirməyə çalışsanız da bu heç zaman sizi tanıyan cəbhə yoldaşlarınızın acı ironiyası və inanclıların sizə qarşı lənətindən kənara çıxmayacaq.

Sonuncü, üçüncü təəssüflə bunu da deyim ki, mən sizi bir az da olsa bu səviyyədən ağıllı hesab edirdim.

Təəssüf. 

 

Elçin Qasımlı.

Müəllifin məqalələri: