Suriya hərbçiləri ilə terrorçular arasında atışmada 11 nəfər həlak olub

Suriyanın Latakiya əyalətində hərbçilərlə “Cəbhət ən-Nusra” terror qruplaşması arasında silahlı toqquşma zamanı 11 nəfər həlak olub.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə “AlHadath” telekanalı məlumat yayıb.

Məlumata görə, qarşıdurma zamanı həlak olanlardan 6-sı cinayətkar təşkilatın üzvü olub.

Qeyd edilir ki, terrorçular əyalətin şimalındakı Tellet əl-Burkan bölgəsində pis hava şəraitindən istifadə edərək əsgərlərə hücum edib.