Şeyx İsa Qasim İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyib

Bəhreyn İslam Hərəkatının lideri Ayətullah Şeyx İsa Qasim İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyən bəyanat verib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsveçdə Quranın yandırılmasını şiddətlə qınayan Ayətullah Şeyx İsa Qasımın yazdığı bəyanatda bildirilib:

"Bu aksiyanın məqsədi xaos yaratmaq və qlobal təhlükəsizliyi məhv etməkdir. İsveç polisinin himayəsi altında radikal və cahil bir şəxs tərəfindən Qurani-Kərimin yandırılması fərdi cinayət deyil, dövlət cinayətidir.

Bu şəxsin və İsveç dövlətinin alçaqlığının göstəricisi olan həmin cinayət və Avropanın cahillik üzündən törətdiyi cinayətlərin hamısı eyni növdəndir.

Bu cür təxribatçı hərəkətlərin, dini dəyərlərə açıq hücumların ifadə azadlığı çərçivəsində həyata keçirildiyini söyləmək tamamilə axmaqlıqdır".