Səbuhi Səlimov aclıq aksiyasına başlayıb

Qarabağ müharibəsi qazisi Səbuhi Səlimov onun barəsində çıxarılan məhkəmə qərarına etiraz əlaməti olaraq aclıq aksiyasıına başlayıb. Sosial media üzərindən yayılan məlumatı təsdiqləyən ailəsi Səbuhi Səlimovun dekabrın 11-dən saxlanıldığı Kürdəxana 1 saylı təcridxanada aclığa başladığını söyləyir. Belə ki, Səbuhi, barəsində apelliyasi şikayəti verdiyi məhkəmə qərarını rədd edir və bunu qanunsuz adlandırır. Barəsindəki qərarın qurama olduğunu söyləyən Səbuhi, qərara yenidən baxılaraq doğru hökm çıxarılmayana qədər aclığı dayandırmayacağını söyləyib. Açıq ürək əməliyyatı keçirmiş 1-ci Qarabağ qazisinin səhhətində ciddi problemlərinin olduğunu söyləyən ailə üzvləri bununla bağlı xüsusi narahatlıq nümayiş etdirsələr də, Səbuhi Səlimov qərarında ciddidir. O, aclığı davam etdirməkdədir.

Xatırladaq ki, Səbuhi Səlimov 2021-ci ilin oktyabırında saxlanılaraq barəsində dövlətə xəyanət, 274-cü maddə ilə cinayət işi başlamışdı. Ona qarşı irəli sürülmüş ittihama görə Səbuhi, İrandan maliyyələşərək Azərbaycanda ehtiyaclı ailələri ərzaq və pulla ələ alaraq, təşkil etdiyi ehsan süfrələrində dövlətə qarşı cihad təbliğatı aparıbmış. On ay sürən istintaqı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılaraq 2022-ci ilin yayında Səlimovu məhkəmə önünə çıxarır. Noyabr ayında isə hakim Səlimovu barəsində irəli sürülən ittihamla ona 17 il azadlıqdan məhrumetmə cəzası verir. Səlimov özünü qeyd olunan cinayətdə günahkar bilmədiyi üçün apelliyasiya ilə məhkəməyə şikayət edib. Bununla yanaşı o, etiraz olaraq yanvarın 11-dən aclıq aksiyasına da başlayıb.