Samir Babayevin Apelliyasiya məhkəməsi keçiriləcək

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayevin məhkəməsi keçiriləcək. Bu barədə MBH-dən məlumat verilib. Bakı Apelliyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçiriləcək iclasda Samir Babayev barəsində başlanan maddə ilə bağlı apelliyasiya şikayətinə baxılacaq. Fariz Namazlının müdafiə tərəf olaraq çıxış edəcəyi məhkəmə iclası 28 yanvar saat 15:15-də keçiriləcək və məhkəmə ümumi kütlə üçün qapalıdır.

Xatırladaq ki, MBH fəallarından olan Samir Babayev dəfələrlə inzibatı cəzalanaraq saxlanılıb. Ötən ilin Sentyabrında saxlanılan zaman polis idarəsində ona sonuncu dəfə “xəbərdarlıq” edilərək bildirilib ki, bu inzibatı cəza ona sonuncu dəfə tətbiq edilir. Növbəti dəfə saxlanılarsa barəsində ağır maddələrlə narkotik iddihamı irəli sürüləcək. İdarə ona MBH-dən uzaqlaşmağı da tövsiyyə edib. Lakin elə polis idarəsində mövqeyinin dəyişməyəcəyini bəyan edən Samir Babayev belə bir xəbərdarlıqla da inzibati cəza alır. Cəza müddəti bitdikdən sonra hərəkat daxilində fəaliyyətini davam etdirən Samir Babayev dekabrın 2-də evinin qarşısında polis işçiləri tərəfindən növbəti dəfə saxlanılır və barəsində 234.1-1 (şəxsi istifadə olmadan külli miqdarda narkotik vasitə saxlama) ilə cinayət işi başlanılır.

MBH mətbuat katibliyi hərəkata qarşı reperessiv davranıışların hərəkatın yaranması tarixindən günümüzə qədər davalı olmasına diqqət çəksə də, son iki ayda bunun əhəmiyyətli dərəcədə artdığını bildirib. Qeyd olunan iki ay ərzində 4 hərəkat üzvü saxlanılaraq barələrində ağır narkotik ittihamı ilə cinayət işinin başlanılması, 6 hərəkat üzvünün 30 sutka inzibati cəzalanması, 36 nəfər hərəkat üvzünün polis idarələrində dindirilməsi və 6 hərəkat üzvünün (26-30- yanvar tarixlərində) hərəkatın yaranması günü tədbirdə iştirakı üçün cərimələnməsi ilə bağlı məhkəmə önünə çıxarılacağı buna bariz nümunədir. Hərəkat rəsmiləri hakimiyyətin onlara qarşı aqressiv davranışlarını hakimiyyət daxili problemlərin yaratdığı isterika fonunda hərəkata qarşı nifrətlə əlaqələndirir.