"Sabah"la matçda "Qəbələ"nin bir futbolçusu meydandan qovulub, digəri cəzalı duruma düşüb

"Qəbələ" evdə "Sabah"a qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XX tur oyununda azlıqda qalıb.

Operativtv.com Reporta istinadən məlumatına görə, "qırmızı-qaralar"ın müdafiəçisi Ruan Renato 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Braziliyalı futbolçu qonaqların hücumçusu Davit Volkova qarşı kobudluq etdikdən sonra baş hakim Vüqar Həsənli görüşü saxlayıb. Bu zaman Ruan Renato dördüncü hakim Rəvan Həmzəzadənin üzərinə hücum çəkərək, ona nəsə deyib. Bundan sonra isə referi Renatonu meydandan qovub.

Sarı vərəqə alan "Qəbələ"nin digər müdafiəçisi Murad Musayev isə cəzalı duruma düşüb. Bu, onun cari mövsümdə 4-cü rəsmi xəbərdarlığı olub. Hər iki arxa xətt oyunçusu növbəti turun "Zirə" ilə matçını buraxacaq.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab açılmayıb.