Ruhani Hacı İlqar Rəcov polis tərəfindən saxlanılıb

Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, xəbər verir ki, dünən günorta saatlarında saxlanılan ruhani Hacı İlqar Rəcov axşam saatlarında ailəsi ilə telefon danışığında Binəqədi polis bölməsində olduğunu bildirib.
Hacı İlqar bildirib ki, ötən gün (1 fevral 2023) günorta saatlarında məni saxlayarkən gözümün qabağında cibimə narkotik qoydular. Hazırda mənə bildirirlər ki, ya narkotik ittihamını ya da casusluğu qəbul elə. "20 – 30 il öncə İranın Qum şəhərində təhsil aldığım üçün, son günlər İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda şərlənərək saxlanılmışam” - ruhani Hacı İlqar Rəcov deyib.
Məlumat üçün deyək ki, dünən Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə İrana cəsusluqda şübhəli bilinən 39 nəfər saxlanılıb. Onlar Azərbaycanın müxtəlif bölgələrindən şübhəli şəxs qismində saxlanılıb.