Ərbaş: Əgər 2 milyarda yaxın müsəlmanın susmasaydı, yəhudilər orada qırğın edə bilməzdilər

Türkiyə Dəyanət İşləri Başçısı Əli Ərbaş, "Dünyanı qan gölünə çevirmək istəyən yəhudilər xristianların dəstəyi və 2 milyarda yaxın müsəlmanın səssizliyi səbəbindən orada insanlıq əleyhinə cinayət törədir" deyib.

Erbaş İstanbulda Türkiyə Dəyanət İşləri Vəqfi (TDV) və Əl Xeyr Vəqfi tərəfindən təşkil edilən “Beynəlxalq Humanitar Yardım Zirvəsi: Qəzzənin Gələcəyi” proqramında iştirak edib.

Buradakı çıxışında “Yaxşılıqda və təqvada bir-birinizə kömək edin. Günah və düşmənçilikdə əməkdaşlıq etməyin” ayəni xatırladaraq, “Bu gün dünyaya nəzər saldıqda görürük ki, yaxşı işlərdə bizə kömək edənlərdən daha çox pislikdə və düşmənçilikdə bir-birinə kömək edənlər var. Bunun ən mühüm göstəricisi Qəzza, Fələstindir... Sionist yəhudilər və xristianlar birləşib, uşaq və qadınlar da daxil olmaqla günahsız insanların üzərinə bomba yağdırırlar. Bu, günahda və şərdə bir-birinə kömək etmək deməkdir” deyib.

Qüds tarixində orada edilən şər və zülmün keçmişdə Romalılar tərəfindən də edildiyinə diqqət çəkən Ərbaş, Qüdsün müsəlmanlar tərəfindən ələ keçirildiyi zaman sülh diyarına çevrildiyini bildirib.

Oktyabrın 7-dən əvvəl Fələstində zülmün olduğuna diqqət çəkən Ərbaş, “Fələstində dəfələrlə qırğınlar olub. Fələstində minlərlə, on minlərlə şəhid oldu, Qüdsdə də bu 76 ildir davam edir. Oktyabrın 7-dən bu yana 50 minə yaxın şəhidimiz, 100 mindən çox yaralı, əlil və xəstələr var. Bu, 21-ci əsrdə, sivil dünyanın gözü qarşısında baş verən ən amansız cinayətdir” deyib.

Ərbaş, “Dünyanı qan gölünə çevirmək istəyənlərin dəstəyi və 2 milyarda yaxın müsəlmanın səssizliyi və duyarsızlığı olmadan sionist yəhudilər orada qırğınlar törədə bilərdimi? Ey insanlar, ey müsəlmanlar, ey vicdanlı insanlar, sizdə insanlıq qalıbmı? Biz bunu aylardır deyirik. Bütün dünyaya qışqırırıq və bildiririk. Amma pislikdə bir-birinə kömək edənlər bu pisliyi davam etdirirlər” söyləyib.

 

"Özümüzü oradakı günahsız insanların yerinə qoymağın vaxtı deyilmi?"

“Özü üçün istədiyini qardaşı üçün istəmədikcə həqiqi mömin olmaz” hədisini xatırladan Ərbaş, “Bu gün buna empatiya deyirlər. Özümüzü, uşaqlarımızı oradakı uşaqların, oradakı günahsız insanların yerinə qoyacağımız gün gəlmədimi? Necə bu qədər duyarsız ola bilərik, necə rahat yeyək, necə başımızı yumşaq yastığa qoya bilərik?”

 

Qəzzaya 200 TIR yardım materialı göndəriləcək

Erbaş çıxışının sonunda Türkiyə Dəyanət Vəqfi və Əl Xeyr Vəqfinin sammit münasibətilə Qəzzaya 200 TIR humanitar yardım materialı göndərəcəyini bildirib və “Ümid edirəm ki, Qəzzalı qardaşlarımız və fələstinli qardaşlarımız bu zülm və soyqırımdan ən qısa zamanda qurtula biləcəklər. Allah Məscidül-Əqsanı azad etmək üçün müsəlmanlara birlik və həmrəylik nəsib etsin” deyə sözünü bitirib.