Qarabağdakı mədənin fəaliyyəti müvəqqəti dayandırıldı

“Bays Metals” şirkətinin rəhbərliyi ilə birgə beynəlxalq ekoloji ekspertizanın sonuna qədər mədənin fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar qəbul edilib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, şirkət fəaliyyətləri ilə bağlı beynəlxalq ekoloji ekspertiza keçirmək üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəliblər.

"Bays Metals" şirkəti Ağdərə rayonundakı Kaşin mis-molibden mədəninin operatorudur.

Xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa - Laçın yolunda aksiya keçirirlər.