Pakistanda məsciddə partlayışda 28 nəfər ölüb, 150 nəfər yaralanıb

Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı baş verib. Operativtv.com APA-ya istinadən xəbər verir ki, bombanın partladılması nəticəsində azı 28 nəfər ölüb. Terror aktı zaman 150 nəfər yaralandığı deyilir. Hadisədə yaralananların sayı və burada vəziyyətinin ağır olanları çoxluğundan ölənlərin sayının artacağı istisna olunmur.