Oman müftisi Qüdsdə Şəhidlik əməliyyatını qeyd edib

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Oman müftisi işğal altındakı Qüdsdə yeddi israillinin ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən şəhadət əməliyyatını təbrik edib.

Oman müftisi Əhməd bin Həməd əl-Xəlili dünən işğal altındakı Qüdsdə keçirilən şəhadət əməliyyatını təbrik edib. Həməd əl-Xəlili özünün twitter hesabında bu şəhidlik əməliyyatını təbrik edib və işğal altındakı Fələstin torpaqları və Qəzza zolağındakı müqaviməti salamlayıb. Oman müftisi yaxın gələcəkdə qələbə çalması və işğalçıların Fələstin torpaqlarından silinməsi üçün Uca Allaha dua edib.

İsrail mənbələri cümə günü axşam saatlarında işğal olunmuş Qüdsdə ən azı 8 nəfərin həlak olduğu və 5 nəfərin yaralandığı silahlı qarşıdurma baş verdiyini açıqlayıb.