Rusiya ordusu Konstantinovkanı bombalayıb, 5 nəfər ölüb

Donetsk vilayətinin Konstantinovka şəhəri Rusiya ordusu tərəfindən bombalanıb.

Bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Qeyd edilib ki, nəticədə 5 nəfər ölüb.

Rusiya ordusunun FAB-250 tipli aviasiya bombası ilə şəhərin yaşayış sektorunu vurması nəticəsində həlak olanların ikisi qadın, üçü kişi olub.

Partlayış nəticəsində 4 çoxmənzilli yaşayış binasına ciddi ziyan dəyib.