İsrail və Suriya ABŞ-ın dəstəyi ilə atəşkəs barədə razılığa gəlib

İsrailin Baş naziri Benyamin Netanyahu və Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şəraa ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılıq əldə ediblər.

Bu barədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak "X" hesabında məlumat yayıb.

“Atəşkəs razılaşması ABŞ dövlət katibi Marko Rubio-nun dəstəyi ilə əldə olunub. Razılaşmanı Türkiyə, İordaniya və digər qonşu ölkələr də dəstəkləyib”, – Barak qeyd edib.