Netanyahu: Mülki vətəndaşlara silah lisenziyasının verilməsini təmin edəcəyik

İşğalçı sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahu Şərqi Qüdsün Neve Yaakov məhəlləsində baş verən və 8 nəfərin həyatını itirdiyi hücumdan sonra keçirilən ilk Nazirlər Kabinetinin iclasında, minlərlə israillinin silahlandırılmasını asanlaşdırmaq üçün bəzi addımlar atacaqlarını bildirib.

 

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsrail hökumətinin mətbuat xidmətinin məlumatında bildirilib:

"Biz təcili xidmət təminatçıları da daxil olmaqla minlərlə İsrail vətəndaşına silah lisenziyasının verilməsini təmin edəcəyik və sürətləndirəcəyik.

İsraildə könüllü sağlamlıq xidmətləri göstərən ZAKA-nın 3 min mobil könüllüsünün olduğunu qeyd edən Netanyahu onların silahlana biləcəyinə diqqət çəkib.

Netanyahu həmçinin bildirib ki, İordan çayının qərb sahilində yəhudi məskənlərini “gücləndirmək” üçün tezliklə yeni qərarlar verəcəklər.