Mərakeş İraqda səfirliyini yenidən açıb

Mərakeş yeddi ildən sonra İraqda səfirliyini yenidən açıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Mərakeşin xarici işlər naziri Nasir Burayta bu gün İraqa səfər edib.

Bu səfər çərçifəsində Mərakeşin Bağdaddakı səfirliyinin yenidən açılışı olub.

Qeyd edək ki, Mərakeş 2014-cü ildə İŞİD terror təşkilatının İraq ərazisinin üçdə birini zəbt edən zaman Bağdadda səfirliyini bağlamışdı.

Həmin zaman bir sıra ərəb və Avropa dövlətləri də diplomatik nümayəndəliklərini İraqdan çıxartmışdı.