Mizan Maarif Mərkəzinin baş drektoru da həbs olundu

Artıq inanclılara qarşı reperessiv davranış hər gün yeni bir həbs xəbərini verir. Zatən məhdudlaşan dini atmosferdə formalaşdırılmağa çalışılan, yeni İslam modelinə mümkün etirazları qorxu atmosferi ilə susduran hakimiyyət bu istiqamətdə özünəməxsus davranış nümayiş etdirməkdədir. Təəssüf ki, qanunsuzluq mühitində baş verən bu həbslərin dövlətin güc strukturu əli ilə gerçəkləşdiyi halda sifarişli məhkəmə orqanları ilə də “təsdiqini” tapır. Bunun gülünc, eyni halda acınacaqlı tərəfi isə məhz inanclıların narkotik ittihamı ilə gerçəkləşən həbsidir.  

Ötən günün həbs sırasında Mizan Maarif Mərkəzinin baş drektoru Ruhullah Novruzzadə də yer aldı. Son yayılan məlumatlara görə o da narkotik ittihamı ilə saxlanılıb. Hansı ki, Ruhullah inaclı, əqidə prinsiplərinin təbliği ilə məşğul olan mərkəzin başçısıdır. Eyni halda Ruhullah Novruzzadə hicab məhbusu mərhum Hacı Məsim Novruzzadənin oğlu, siyasi məhbus Hacı Abgün Süleymanovun qaynıdır.