Əmir Abdullahiyan Seyid Həsən Nəsrullahla görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beyrutdakı yığıncaqlardan sonra dünən günorta Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb. İclasda İran xarici işlər nazirinin müavini, Qərbi Asiya və Şimali Afrikanın baş direktoru Mehdi Şuştəri, xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri Əli Əskər Hacı və İranın Beyrutdakı səfiri Müctəba Əmani də iştirak edib. Əmir Abdullahiyan İranın Livan xalqı, hökuməti, ordusu və müqavimətinə dəstəyinin davam edəcəyini vurğulayıb. O, bundan əvvəl Livan parlamentinin sədri, baş nazir və xarici işlər naziri və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nahalə ilə də görüşüb.