MBH-nin daha bir üzvü saxlanıldı

Müsəlman Birliyi Hərəkatının üzvü Azad Kərimov saxlanılıb. Bu barədə məlumatı Operativtv.com-a ailəsi bildirib. Onlar bu gün təxminən 13:30- radələrində yaşadıqları mənzilə polis işçilərinin gəldiyini söyləyib. Polis Azadın idarəyə gəlmə tələbi ilə onu səbəb göstərmədən Nəsimi rayon polis idarəsinə aparıb.

Son məlumata görə Azad evə telefon zəngi açaraq sabah onu Nəsimi Rayon Məhkəməsi önünə çıxaracaqlarını bildirib. Ailəsi onun saxlanılma səbəbini soruşduqda o, narkotik ittihamı ilə saxlanılmasını söyləyib. MBH mətbuat katibliyi hadisə ilə bağlı narahatlıq ifadə edərək Azad Kərimova qarşı narkotik ittihamını absurd adlandırıb. “İnanclı insanlara qarşı artıq silsiləvi həbslərin gerçəkləşdiyi günümüzdə bu addımın da arxasında hərəkatın fəaliyyəti durur”-deyə mətbuat katıbliyindən bildirilib. Eyni halda hərəkat Azad Kərimovun narkotik şərlənməsi ilə məhkəmə önünə çıxarılmasını siyasi gərginliyin yüksəldiyi bir ölkənin idarəçiliyində növbəti səhv kimi qiymətləndirib.