Əl-Əzhər dini-elmi mərkəzi Quranın yandırılmasına görə Hollandiya və İsveç məhsullarını boykot etməyə çağırıb

Əl-Əzhər Qurani-Kərimin nüsxələrinin yandırılmasına cavab olaraq Ərəb və İslam xalqlarını bütün Hollandiya və İsveç məhsullarını boykot etməyə çağırıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Əl-Əzhər dini-elmi mərkəzi bu barədə facebook səhifəsində çağırış edib.

Bu gün çərşənbə verilən bəyanatda, bütün Hollandiya və İsveç məhsullarının boykot edilməsi istənilib.

Bəyanatda Avropada ifadə azadlığından sui-istifadə edildiyi və bu şüarın bayraq edilərək bir milyarddan çox müsəlmanın inancının təhqir edilməsinin əslində barbarlıq olduğu açıqlanıb.

"Ərəb və İslam xalqlarının bu boykota riayət etmələri, öz uşaqlarını, gənclərini və qadınlarını bu barədə məlumatlandırmaları və bu məsələdə hər hansı bir səhlənkarlıqdan uzaq olmaları zəruridir", deyə bəyanatda əlavə edilib.