İsrailin müdafiə naziri Qüds hücumuna görə ABŞ-a səfərini yarıda qoyub

İsrailin müdafiə naziri Yoav Qalant ABŞ-a səfərini yarıda qoyub.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Benyamin Netanyahu hökumətində müdafiə naziri postuna təyin edilən Yoav Qalant ötən gün Qüdsdə sinaqoq yaxınlığında hücuma görə səfərini təxirə salıb.

Bu hücumdan sonra İsrail hökuməti təcili toplantı keçirib.

Habelə ABŞ prezidenti Co Bayden Benyamin Netanyahuya zəng edərək, başsağlığı verib.

Qeyd edək ki, İsrail qüvvələrinin iki gün öncə Cenin şəhərinə hücumunda 10 fələstinli həlak olmuşdu. Ötən gün isə bir fələstinli gənc Qüdsün şimalında bir sinaqoq yaxınlığında hücum həyata keçirərək, səkkiz İsrail vətəndaşını qətlə yetirib.