İsraildə sinaqoqa silahlı hücum zamanı 8 nəfər ölüb

İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

Polis hadisəni terror hücumu adlandırıb.

Qeyd olunub ki, terrorçu zərərsizləşdirilib.