İsraildə daha bir terror aktı

Yerusəlimdə arxeoloji abidəyə hücum nəticəsində iki nəfər yaralanıb.

Operativtv.com Unikala istinadən xəbər verir ki, naməlum şəxs Maalot küçəsində, arxeoloji ərazinin girişindən bir qədər aralıda atəş açıb. Polisin daha sonra hücumçunu zərərsizləşdirdiyi qeyd edilir.

Xatırladaq ki, yanvarın 27-də axşam Yerusəlimdəki sinaqoqlardan birində terror aktı baş verib.