İsrail Ordusu Qəzzaya hava zərbələri endirib

 İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri və PUA-ları ötən gecə Qəzzanın müxtəlif bölgələrini hava zərbələrilə hədəfə alıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir.

Bu hücumda canlı itki və xəsarətlər barədə məlumat verilmir.

Bu arada İsrail ordusu iddia edib ki, Qəzzada raket və digər silah-sürsat istehsal edilən iki obyekti hədəfə alıb.

Həmçinin bu əsnada Qəzzadan İsrail Ordusunun nəzarətindəki bölgələrə bir neçə raket atılıb.

Qeyd edək ki, HƏMAS hərəkatının nəzarətində olan Qəzza zolağı 2008-ci ildən hava, quru və sudan İsrailin mühasirəsindədir. Misirlə quru sərhəddə yerləşən sərhəd keçidləri isə nadir hallarda və məhdud şəkildə açılır.