İraq baş naziri: ABŞ və İran arasında istənilən gərginlik ölkəmizə mənfi təsir göstərir

"Amerika ilə İran arasında və region ölkələri arasında hər hansı bir gərginlik İraqa mənfi təsir göstərir".

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani "France 24"ə verdiyi açıqlamada deyib.

O, Səudiyyə Ərəbistanı ilə İran arasında yaxın həftələrdə Bağdadda yeni görüşün keçiriləcəyinə ümid etdiyini bildirib və hər iki ölkənin bu görüşləri İraqın təşkilatçılığı ilə davam etdirmək niyyətində olduqlarını bildirib.

İraqın baş naziri bölgədə qarşıdurmaların, xüsusilə də İranla ABŞ arasında gərginliyin birbaşa İraqa mənfi təsir göstərdiyini deyib.

İraqın baş naziri həmçinin əlavə edib ki, ölkə ərazisində xarici hərbi döyüş qüvvələrinə ehtiyac yoxdur. Əl-Sudani bu açıqlaması ilə yanaşı qeyd edib ki, ölkəsi ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə terrora qarşı mübarizədə həmkarlıq  etmək istəyir.