İranın XİN rəhbəri dron zərbələrindən danışdı

"Bu tip addımlar ölkəmizin dinc məqsədli nüvə fəaliyyətinə təsir edə bilməz!"

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri  Hüseyn Əmir Abdullahian İsfahanda dron zərbəsi nəticəsində yaranmış partlayışa münasibət bildirərək deyib: 

"Bu gün İranda təhlükəsizliyi pozmaq və ölkədə təhlükəli vəziyət yaratmaq məqsədilə qorxaqcasına addım atıblar. Amma İranın təhlükəsizlik orqanları bizim ölkənin sabitliyi üçün var gücü ilə çalışır və bu tip addımlar ölkəmizin dinc məsədli nüvə fəaliyyətinə təsir edə bilməz!"