İran Venesuelanın ən böyük neft emalı kompleksini təmir edir

Operativtv.com İRNA- ya istinadən xəbər verir ki, Venesuela Dövlət Neft Şirkəti (PDVSE) və İran Milli Neft Emalı və Paylama Korporasiyasının Paraquana neft emalı zavodunda yanacaq istehsalını artırmaq üçün bu addımı Venesuelanın ABŞ neft emalı texnologiyasından asılılığına son qoymaq üçün atılan addımdır. Dünyanın ən böyük xam neft ehtiyatlarına malik ölkə olmasına baxmayaraq, Venesuela keçən il bu neft emalı zavodunun sıradan çıxması, kifayət qədər sərmayə qoyulmaması və yanacaq idxalını məhdudlaşdıran ABŞ sanksiyaları səbəbindən kifayət qədər benzin və dizel istehsal etmək problemi ilə üzləşdi. 2020-ci ildən etibarən yanacaqdoldurma məntəqələri qarşısında uzun növbələr yaranıb.

Tehran son illərdə Karakasla əlaqələri gücləndirmək üçün xam neft və neft kondensatı, eləcə də Venesuelanın keçmiş neft emalı şəbəkəsi üçün ehtiyat hissələri və gündəlik bir milyon 300 min barel neft ixrac edib. Venesuelanın neft naziri Əl Əissami İranın çoxsaylı təcrübələrinə toxunaraq, bu təcrübələri enerji və texnologiya sahəsində Venesuelaya ötürmək və neft sahəsində daha sıx əməkdaşlıq etmək arzusunda olduğunu bildirib və bu sahədə əməkdaşlığın iki ölkənin dünyadakı mövqeyi daha da yaxşılaşacağını bildirib.