İran Polisi Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı məlumat yayıb

 “Azərbaycan səfirliyinə hücum edən şəxs tutulub.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Tehran şəhəri Polis İdarəsinin rəisi Hüseyn Rəhimi açıqlama verib.

Hücum yerinə baş çəkən İran Polis rəsmisi bildirib ki, hücumu həyata keçirən şəxs tutulub.

Hüseyn Rəhiminin sözlərinə görə, hücum edən şəxs bu cinayəti “şəxsi və ailə münaqişəsi zəminində” həyata keçirdiyini bildirib.

İstintaq işləri davam edir.

Qeyd edək ki, bu gün səhər saat 08.30 radələrində həyata keçirilən cinayətdə Azərbaycan Səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib və daha iki nəfər yaralanıb.