İran hərbi obyektlərdəki partlayışları kimin törətdiyini açıqladı

İran Müdafiə Nazirliyi İsfahandakı hərbi obyektə hücuma görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə fevralın 2-də İranın BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani açıqlama verib. 

Agentlik İrəvaninin BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubundan sitat gətirib: “Bu rejimin davranışları beynəlxalq hüququ pozur". 

Öz növbəsində İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini bildirib ki, İran Müdafiə Nazirliyi hərbi obyektlərdəki hücuma cavab verəcək. 

Xatırlatma

İranın İsfahan şəhərindəki hərbi zavod yanvarın 28-dən 29-a keçən gecə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

İran mediası ölkənin paytaxtı Tehran, Təbriz və Dezful şəhərlərinin strateji obyektlərində və neft emalı zavodlarında da partlayışlar və yanğınlar olduğunu yazıb.

Britaniya Müdafiə Tədqiqatları İnstitutunun məlumatına görə, İsfahan yaxınlığında "Shahed" 131/136 kamikadze dronlarını istehsal "Shahed Aviation Industries"-in müəssisəsi var. Rusiya Ukraynada bu dronlardan istifadə edir.

İyulda İran İsfahanda hərbi kompleksi partlatmaq niyyətində olduğu iddia edilən bir qrup kürd diversantının həbs olunduğunu elan etmişdi. Onlar İsrailə casusluq etməkdə ittiham olunurlar.