İnsan üçün təhlükəli olan bu yağlardan Azərbaycanda geniş istifadə olunur

Azərbaycan dünyada təhlükəli hesab olunan trans yağlardan istifadəyə qarşı tədbir görməyən 9 ölkədən biridir.
Məlumatı Dünya Səhiyyə Təşkilatı yayıb.
Təşkilatın açıqlamasına görə, trans yağların törətdiyi ürək-damar xəstəlikləri hər il dünyada yarım milyona qədər qəfil ölümə səbəb olur.
Hesabatda qeyd edilir ki, trans yağların birbaşa səbəb olduğu ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı on altı ölkədən doqquzunda bu təhlükəyə nəzarət yoxdur. Onların arasında Azərbaycan öndədir.
 
Azadlıq Qəzeti.