"İlk növbədə gərək aydınlaşdırılsın ki, bu terror aktının arxasında hansı qüvvələr dayanır"

"Azərbaycanın Tehrandakı səfirliyinə hücum terror aktı idi".

Operativtv.com Unikal-a istinadən açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Bildiyimiz kimi, artıq terror aktı ilə əlaqədar cinayət işi başlanıb. Hər şey istintaqın necə aparılacağından asılıdır. Azərbaycan tərəfi də cinayət işi açıb. Bildiyim qədərilə, azərbaycanlı müstəntiqlər İran tərəfi ilə əlaqədədirlər.

İran hökümətindən çox şey asılıdır. Onlar istintaqın gedişi və nəticələri ilə bağlı Azərbaycan tərəfini məlumatlandırmalıdırlar. Əlbəttə ki, bu, bir günün işi deyil. Biz bu məsələyə tam ciddi yanaşmalıyıq. 

Bizim onların apardığı istintaqın nəticələrinə güvənib-güvənməyəcəyimiz məsələsinə gəlincə, əvvəl biz gərək öyrənək ki, onlar hansı faktları toplayıb bizə təqdim edəcəklər. Onlara inanıb-inanmayacağımız da istintaqın bir mövzusudur. 

İlk növbədə gərək aydınlaşdırılsın ki, bu terror aktının arxasında hansı qüvvələr dayanır. Cürbəcür versiyalar ola bilər", - deyə o bildirib.