Hamburqda minlərlə insan Qurana hörmətsizliyə qarşı nümayiş keçirib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Avropanın bəzi şəhərlərində Qurana hörmətsizlik kimi təxribat xarakterli aksiyaya qarşı keçirilən etiraz aksiyalarında 3500-ə yaxın insan iştirak edib.

Almaniyanın Hamburq şəhərində minlərlə insan Qurani-Kərimə hörmətsizliyə etiraz edib. Hamburqdakı Konstitusiya Təhlükəsizliyi İdarəsi insanlardan qarşıdurma ehtimalı səbəbindən bu nümayişə qatılmamağı xahiş etmişdi. Danimarkada ifrat sağçı Strict Direction Partiyasının (Stram Kurs) lideri, Danimarkalı-İsveçli ifrat sağçı Rasmus Paludan Kopenhagendəki məscidin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

Yanvarın 21-də İsveçdə Türkiyənin Stokholm səfirliyi qarşısında Quran yandıran Paludan eyni aksiyanı hər cümə günü həyata keçirəcəyini açıqlayıb, eyni aksiya Danimarka və Hollandiyanın Haaqa şəhərində də olub. Bu aqressiv hərəkətlərdən sonra dünya müsəlmanları ifadə azadlığı adı altında həyata keçirilən bu hərəkətlərə öz qəzəblərini və ikrahlarını ifadə ediblər. Müsəlmanlar həmçinin Avropa hökumətlərindən ifadə azadlığı adı altında İslam inanclarını təhqir edənlərə qarşı tədbir görülməsini tələb ediblər.