Fotobloqer Vəli Şükürov saxlanılıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, fevralın 4-də axşam saatlarında fotobloqer Vəli Şükürovun  evinin qarşısında saxlanıldığı bildirilir.

Onun saxlanma səbəbləri deyilmir. 

V.Şükürov saxlanılan zaman Turana bildirib ki, onu 27 saylı Yasamal Rayon Polis Şöbəsinə aparırlar.

V.Şükürovun verdiyi məlumata görə, bu gün səhər onu polisə çağırıb hansısa polis əməkdaşı haqqında suallar veriblər, sonra isə o sərbəst buraxılıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Turana bildirilib ki, Vəli Şükürzadə saxlanılıb, araşdırma aparılır. "Onun həbsində hər hansı siyasi səbəb yoxdur".