Ədəndə silahlı qarşıdurma

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, bu səhər Ədənin Əl-Muala bölgəsində silahlı qarşıdurma baş verib. Bu atışmalarla bölgədə və işğal olunmuş cənub şəhərlərində gərginlik artıb. Bəzi mənbələr açıqlamalar verərək: “Düşmən silahlı qruplaşmaları arasında fikir ayrılığı və bu qruplaşmalar qüvvələrinin atəş açması nəticəsində bu gün səhər saatlarında əl-Muala bölgəsində silahlı toqquşmalar baş verib. Bu münaqişələr əl-Mualla məhəlləsindəki evlər və torpaqlarla bağlıdır və bəzi işğal olunmuş cənub şəhərləri 2015-ci ildən bəri gərginliyin şahidi olur. Hazırkı mübahisələrə BƏƏ-nin Keçid Şurası ilə Səudiyyə Ərəbistanının yaratdığı digər silahlı qruplar arasında toqquşmalar daxildir” – deyib.