15 May 2026

Azərbaycan taekvondoçusu Cavad Ağayev Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Cavad Ağayev Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumaya görə, idmançımız üçüncü yer uğrunda qarşılaşmada San Marino, Almaniya və Çexiya təmsilçiləri üzərində qələbə qazanaraq fəxri kürsüyə yüksəlib.

C.Ağayev 74 kq çəki dərəcəsində mübarizədə bürünc mükafata layiq görülüb.

Sədr təlimatlar verdi: Koreya və Çin istehsalı olan nəqliyyat vasitələrindən istifadə edin!

Muqtəda əs-Sədr, onunla əlaqəli Saraya əs-Səlam qrupunun komandirləri və silahlı üzvlərinin riayət etməli olduğu yeni təlimatları açıqlayıb.

İraqdakı Milli Hərəkatın lideri Müqtəda əs-Sədr, onunla əlaqəli Saraya əs-Səlam silahlı qrupu tərəfindən nəqliyyat vasitələrindən istifadə ilə bağlı 12 yeni fərman verib. Bu fərmanlara əsasən, nömrə nişanı olmayan qara nəqliyyat vasitələrinin istifadəsi qadağandır və nəqliyyat vasitələrində Sədr ailəsi ilə əlaqəli şəkillərin istifadəsi də məhdudlaşdırılır.

BƏƏ Netanyahunun səfər məlumatının yayılmasına görə İsrailə etiraz edib

Birləşmiş Ərəb Əmirlikləri İsrail hökumətinə ciddi etiraz mesajı ünvanlayıb.

Məlumata əsasən, narazılıq İsrail Baş naziri Benyamin Netanyahu-nun Əbu-Dabiyə gizli səfəri barədə məlumatın ictimaiyyətə açıqlanmasından sonra yaranıb.

İsrail kanalının siyasi müxbiri Qay Azriel bildirib ki, etiraz mesajı BƏƏ-nin İsraildəki səfiri Məhəmməd əl-Xaca tərəfindən birbaşa İsrail Milli Təhlükəsizlik Şurasına çatdırılıb.

Hicablı müəllim işdən qovuldu

Müsəlman xanım müəllimin şikayəti Hindistanda iş yerlərində və təhsil müəssisələrində dini ayrı-seçkiliklə bağlı müzakirələri yenidən alovlandırıb.

Hindistanın Uttar Pradeş ştatında müsəlman xanım müəllim Samrin Banu bildirib ki, hicab taxdığı üçün işə başladıqdan cəmi bir neçə gün sonra işindən çıxarılıb.

Müsəlman müəllim deyib ki, “bugünkü şəraitdə yeni bir müsəlman müəllimin peşəkar şəkildə inkişaf etməsi çox çətindir”.

Əhməd Məmmədli: “Mənim üçün ölüm hökmü daha şərəfli olar”

Mayın 14-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ictimai fəal və jurnalist Əhməd Məmmədlinin barəsindəki hökmdən verdiyi şikayət üzrə proses keçirilib.

Ə.Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsindən “Toplum TV”-yə verilən məlumata görə, fəal məhkəmədən ona bəraət verilməsi, bu olmazsa, səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması barədə vəsatət verib.

Minlərlə yəhudi Qüdsdə Bab əl-Əmuda yürüş etdi

Minlərlə israilli məskunlaşmaçı işğal altındakı Qüdsdə yerləşən Bab əl-Əmud bölgəsinə daxil olaraq “Bayraq yürüşü” adlandırılan tədbirdə iştirak edib.

Yürüş sionist rejimin təhlükəsizlik qüvvələrinin ciddi mühafizəsi altında keçirilib və şəhərdə geniş təhlükəsizlik tədbirləri görülüb.

Tədbirdə işğalçı rejimin qondarma hökumətinin və parlamentinin bir sıra üzvləri iştirak edib.

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib.

14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda 15 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Ukrayna PUA-larının Ryazana hücumu nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Ryazan vilayətinə hücumu nəticəsində 3 nəfər həlak olub, daha 12 nəfər yaralanıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir.

"Vedomosti"nin xəbərinə görə, bu barədə Ryazan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.

Onun sözlərinə görə, zərərçəkənlərin hamısına оператив şəkildə tibbi yardım göstərilib. Hücum nəticəsində iki çoxmənzilli yaşayış binasına ziyan dəyib.

"Real" qələbə qazandı

İspaniya La Liqasında 36-cı tura yekun vurulub.

Son gündə 3 oyun baş tutub.

“Valensiya” – “Rayo Valyekano” və “Jirona” – “Real Sosyedad” matçlarında qalib müəyyənləşməyib. “Real” isə öz meydanında “Real Ovyedo”nu 2 cavabsız qolla məğlub edib.

Qəzzada son 48 saatda 2 nəfər şəhid olub, 24 yaralı var

Qəzza Səhiyyə Nazirliyi son 48 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 2 nəfərin nəşinin və 24 yaralının çatdırıldığını açıqlayıb.

Nazirliyin məlumatına görə, şəhidlərdən biri dağıntılar altından çıxarılıb, digəri isə aldığı ağır yaralar nəticəsində həyatını itirib.

Səhiyyə Nazirliyi bildirib ki, hələ də dağıntılar altında və küçələrdə qalan insanlar mövcuddur.

“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilov bu yaxınlarda "Baku TV"-də barəsində yayımlanmış videosüjetə cavab verib.

Yaxınlarının "Toplum TV" ilə paylaşdığı müraciətdə İ.Əbilov haqqındakı iddiaları "qaralama kampaniyası" adlandırıb.