04 April 2026

Bursa Böyükşəhər Bələdiyyəsinin meri Mustafa Bozbey həbs edildi

"Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və idarə etmək, cinayət törətmək məqsədilə yaradılmış təşkilatın üzvü olmaq, rüşvətxorluq, cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması və şəhər çirklənməsinə səbəb olmaq"da ittiham olunan Bozbeyin həbs olunması əmri verildi. Bursa Böyükşəhər Bələdiyyəsinin meri Mustafa Bozbey və Bursa Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 31 martda saxlanılan və cümə günü məhkəməyə gətirilən daha 56 nəfərin dindirilməsi başa çatıb.

Ayətullah Sistanidən müharibədən əziyyət çəkən livanlılara dəstək

Ayətullahul-uzma Sistaninin Livandakı ofisi humanitar təşəbbüsün fəaliyyətə başladığını elan edib.

Bu təşəbbüsün məqsədi Livanın müxtəlif bölgələrində mənzillərdə və şəxsi evlərdə məskunlaşan, təcili ehtiyacları olan izzətli köçkünlərə yardım göstərilməsində iştirak etməkdir. Sözügedən yardım pul köçürmə şirkətləri vasitəsilə maliyyə vəsaitinin ödənilməsi formasında həyata keçirilir.

Sumqayıt 15 nömrəli məktəbdə qalmaqal: Müavinlər işdən çıxarıldı, direktor vəzifəsində qaldı

Sumqayıt şəhərindəki Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbdə aparılan maliyyə yoxlamaları böyük ictimai rezonans doğurub. Yoxlama nəticəsində təsərrüfat işləri və təlim-tərbiyə üzrə müavinlər vəzifələrindən azad edilsə də, məktəbin direktoru Elmira Yaqubova vəzifəsində qalıb. Müavinlərin işdən çıxarılmasının səbəbi ilə bağlı rəsmi məlumat verilməsə də, müxtəlif iddialar ortaya atılıb.

 

Sinif otaqları icarəyə verilir, "VIP siniflər" yaradılır

Raketlər Təl-Əvivə doğru gedir, amma fəryadlar Ər-Riyaddan gəlir

İraqdakı Nücəbə Hərəkatının lideri Şeyx Əkrəm əl-Kəabi, İranın İsrailə hücumlarına Təl-Əvivdən deyil, Ər-Riyaddan gələn reaksiyalara diqqət çəkərək, Səudiyyə sülaləsini "bölgədə qlobal şərin aləti" adlandırıb.

İraqdakı Nücəbə Hərəkatının Baş katibi Şeyx Əkrəm əl-Kəabi yazılı açıqlamasında Səudiyyə ailəsini "bölgədə qlobal şərin xidmətçiləri və bədbəxt alətləri" adlandırıb.

"Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçları başa çatıb.

Günün ikinci oyununda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Kadi Borges, qonaqlarda isə Umarali Raxmonaliyev dubl ediblər.

Günün ilk matçında "Zirə" "Turan Tovuz"a 2:0 hesablı qalib gəlib.

BƏƏ-də qaz strukturu vuruldu - Ölən və yaralananlar var

BƏƏ-də Habşan qaz strukturuna səmada zərərsizləşdirilmiş raketin qəlpələrinin düşməsi nəticəsində bir nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı yanğın baş verib.

Həlak olan şəxs Misir vətəndaşı olub. Yaralananlardan ikisi Pakistan, digərləri isə Misir vətəndaşlarıdır.

Qeyd olunur ki, struktura böyük ziyan dəyib. Hadisədən sonra orada işlər dayandırılıb. Dəymiş zərər qiymətləndirilir.

Bu gün Həzrət Həmzənın şəhadəti və Seyid Əbdül Əzimin vəfat günü

Şəvval ayının 15-i İslam tarixində mühüm hadisələrdən biri – Ühüd döyüşü ilə bağlıdır. Bu döyüşdə Peyğəmbərin (s) əmisi Həzrət Həmzə ibn Əbdülmüttəlib (ə) şəhid olub.

Həzrət Həmzə (ə) İslamın ilk dövrlərində ən cəsur və fədakar şəxslərdən biri kimi tanınırdı. O, Məhəmməd Peyğəmbərin (s) yaxın dəstəkçisi olmuş, Məkkədə və digər çətin dövrlərdə İslamı qorumaq üçün böyük fədakarlıqlar göstərmişdi.

Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır

"Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır"

Bu barədə Azərbaycan mediası məlumat yayıb.

Məlumata görə, İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.